Dekabrın 10-da və 19-da Bakı şəhər sakini olan bir nəfərin bank kartlarından hesablarındakı 20.000 manat pulun oğurlanması barədə polisə məlumat daxil olub.

DİN-dən İqtisadiyyat.az-a verilən xəbərə görə, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlində şübhəli bilinən Bakı şəhər sakini 2003-cü il təvəllüdlü R.Xankişiyev müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.