Fövqəladə Hallar Nazirliyinin “112" qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsində yerləşən hündürmərtəbəli yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidməti və Bakı Regional Mərkəzinin qüvvələri cəlb olunub.

Bu barədə İqtisadiyyat.az-a nazirliyin mətbuat xidmətindən bildirilib.

Qeyd olunub ki, yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində, ilkin məlumata əsasən, doqquzmərtəbəli yaşayış binasının 7-ci mərtəbəsində baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Əməliyyat zamanı təhlükəli vəziyyətdə qalmış bina sakinləri xüsusi təyinatlı texnikalarla təxliyə olunub.

***

17.46

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasında yanğın olması barədə ilkin məlumat daxil olub.

İqtisadiyyat.az xəbər verir ki, FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Bakı Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar.

Hazırda yanğınsöndürmə işləri həyata keçirilir.

Əlavə məlumat veriləcək.