Bakıda ana və övladı itkin düşüb.

İqtisadiyyat.az xəbər verir ki, Binə qəsəbəsi, Südçülük sovxozu ərazisində qeydə alınıb.

Belə ki, 1986-cı il təvəllüdlü Heydərova Aygün Vaqif qızı və qızı 2010-cu il təvəllüdlü Heydərova Şölə Müşviq qızı yaşadıqları evdən çıxaraq bir daha geri qayıtmayıblar.

Hazırda faktla bağlı araşdırma aparılır.