Bakıda 29 yaşlı qadın bıçaqlanıb.

İqtisadiyyat.az xəbər verir ki hadisə paytaxtın Sabunçu rayonu ərazisində qeydə alınıb.

Belə ki, 1994-cü il təvəllüdlü Əfsanə Bağırova bel nahiyəsindən bıçaqlanıb.

Hadisəni törətməkdə şübhəli bilinən onun həyat yoldaşı 1992-ci il təvəllüdlü Elşən Bağırov şübhəli şəxs qismində saxlanılıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanılıb.