Bakının Ziya Bünyadov prospektində Bakı Olimpiya Stadionunun qarşısında yol-nəqliyyat hadisəsi baş verib.

Bu barədə İqtisadiyyat.az-a Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.

Bildirilib ki, qəza səbəbindən metronun “Qara Qarayev” stansiyası istiqamətində sıxlıq yaranıb.

Digər bir yol-nəqliyyat hadisəsi isə Bakı-Sumqayıt şosesi, Beynəlxalq Avtovağzalın qarşısında qeydə alınıb.

Bu səbəbdən də metronun “20 Yanvar” stansiyası istiqamətində sıxlıq var. Hər iki yolda sürücülərin rahat hərəkətini təmin etmək məqsədilə işlər görülür.