Binəqədi RPİ 43-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində sentyabrın 9-da Binəqədi qəsəbəsi ərazisində Bakı şəhər sakini F.Allahverdiyevin 200 manatını soyğunçuluq yolu ilə talamaqda şübhəli bilinən paytaxt sakini Emin Dadaşov müəyyən olunaraq saxlanılıb. 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə DİN mətbuat xidməti məlumat yayıb.