"Bakı Marafonu 2023"ün qalibləri müəyyənləşib.

İqtisadiyyat.az "Report"a istinadən xəbər verir ki, ukraynalı Boqdan Simonoviç kişilər arasında birinci olub. Gürcüstanlı David Karataşvili ikinci, türkiyəli Arkan Çoban 3-cü yeri tutub.

Qadınlar arasında ukraynalı Natalya Simonoviç hamını qabaqlayıb. Türkiyəli Hasibe Demir 2-ci, digər Ukrayna təmsilçisi Valentina Poltavska 3-cü olub.