Ukrayna Prezident Ofisinin rəhbəri Andrey Yermak 58 ölkədən olan diplomatlarla görüş keçirib.

İqtisadiyyat.az xəbər verir ki, görüşdə azərbaycanlı diplomat da iştirak edib.

Məlumata görə, Ukraynanın hökumət və parlament nümayəndələrinin də iştirak etdiyi görüşdə ölkənin “sülh formulu” müzakirə edilib.

Qeyd olunub ki, Azərbaycanla yanaşı, görüşə həm əyani, həm də videoformatda Türkiyə, Yaponiya, Britaniya, Misir, ABŞ, Kanada, Hindistan, eləcə də Avropa ölkələrinin diplomatları qatılıb.

İclasda Azərbaycanı məhz hansı diplomatın təmsil etdiyi açıqlanmayıb.