Azərbaycanın elm və təhsil naziri Emin Əmrullayev gürcüstanlı həmkarı ilə görüşüb.

İqtisadiyyat.az xəbər verir ki, nazir ölkəmizdə səfərdə olan Gürcüstanın təhsil, elm və gənclər naziri Giorgi Amilakhvari ilə təhsil sahəsində müxtəlif istiqamətlər üzrə əməkdaşlığın cari vəziyyət və perspektivləri müzakirə edib.