Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanın cari əməliyyatlar balansının qalığı 4 003 milyon ABŞ dolları təşkil edib ki, bu da xarici ticarət balansında 6 896,7 milyon dollarlıq qalıq, xidmətlər balansındakı 1 841,4 milyon dollarlıq kəsir, ilkin gəlirlər balansındakı 1 446,7 milyon dollarlıq kəsir (o cümlədən investisiya gəlirlərinin repartiasiyasındakı 1 191,3 milyon dollarlıq kəsir) və təkrar gəlirlər balansındakı 394,4 milyon dollarlıq qalıq hesabına formalaşıb.

İqtisadiyyat.Az xəbər verir ki, ötən il xarici ticarət balansının qalığı 6% azalıb, xidmətlər balansının kəsiri 40,7% artıb, ilkin gəlirlər balansının kəsiri 1,5% azalıb (o cümlədən investisiya gəlirlərinin repartiasiyasındakı kəsiri 5,6% artıb), təkrar gəlirlər balansının qalığı 28,4% azalıb.