Bu ilin yanvar-sentyabr ayları ərzində Azərbaycan xarici kreditlərdən istifadəyə görə 331,9 mln. ABŞ dolları məbləğində faiz ödənişi həyata keçirib.

Redaktor.az bu barədə Azərbaycan Mərkəzi Bankının 2019-cu ilin ilk doqquz ayı üzrə Tədiyə Balansının əsas göstəricilərinə istinadən xəbər verir.

İlkin gəlirlər balansı üzrə məlumata əsasən, bu kateqoriyadan olan faiz ödənişlərinin həcmində ötən ilin eyni dövrü ilə müqayisədə 14,6% artım qeydə alınıb. 

Həmçinin hesabat dövründə qiymətli kağızlar portfeli üzrə qeyri-rezidentlərə ödənilən faizlər illik müqayisədə 0,5% azalaraq 356,1 mln. ABŞ dolları təşkil edib.(Apa.az)