Azərbaycan bu ilin yanvar-noyabr aylarında 140,4 milyon dollar dəyərində 124,3 min ton pomidor ixrac edib.

İqtisadiyyat.az-ın Dövlət Gömrük Komitəsindən əldə etdiyi məlumata görə, ötən ilin eyni dövrü ilə müqayisədə pomidor ixracı dəyər ifadəsində 10,3 milyon dollar azalıb.

Əlavə edək ki, ötən ilin eyni dövründə Azərbaycandan 150,8 milyon dollar dəyərində 124,3 min ton pomidor ixrac edilib.

 

Gözəl Həşimova