Azərbaycandan bu ilin yanvar-noyabr aylarında 222,3 min ton neft koksu ixrac edilib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 46,2 % çoxdur.

İqtisadiyyat.az-ın Dövlət Gömrük Komitəsindən əldə etdiyi məlumata görə, ixrac edilən məhsulun dəyəri isə 57,2 milyon ABŞ dolları olub.

Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə isə 246 min dollar azdır.

 

Gözəl Həşimova