Azərbaycanın iqtisadi rayonlarında bu ilin yanvar-noyabr ayları üzrə illik inflyasiya səviyyəsi açıqlanıb.
İqtisadiyyat.Az xəbər verir ki, hesabat dövründə ən yüksək illik inflyasiya 4,6% olmaqla Quba-Xaçmaz və Lənkəran iqtisadi rayonlarında qeydə alınıb.
Qeyd edək ki, bu ilin yanvar-noyabr aylarında Azərbaycanda istehlak məhsulları və xidmətlərin qiymətləri 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 2,6% artıb. Bakı şəhərində isə illik inflyasiya 2,9% təşkil edib.
İqtisadi rayonların illik inflyasiya üzrə renkinqi:
# |
İqtisadi rayonlar |
İllik inflyasiya, % |
Aylıq inflyasiya, % |
1 |
Quba-Xaçmaz |
4,6 |
0,5 |
2 |
Lənkəran |
4,6 |
0,3 |
3 |
Şəki-Zaqatala |
4,0 |
0,4 |
4 |
Yuxarı Qarabağ |
3,9 |
0,9 |
5 |
Abşeron |
3,5 |
0,6 |
6 |
Aran |
3,4 |
0,5 |
7 |
Dağlıq Şirvan |
3,3 |
0,3 |
8 |
Gəncə-Qazax |
3,2 |
0,3 |
9 |
Naxçıvan |
2,1 |
0,2 |