Bu ilin yanvar ayında Azərbaycanın dövlət büdcəsinin gəlirləri 2 320,6 milyon manat, xərcləri isə 1 231,9 milyon manat təşkil edib.

İqtisadiyyat.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 27,4% çox və 12,2% azdır.

Son nəticədə ötən ay büdcədə 1 088,7 milyon manat qalıq yaranıb.