2020-ci ildə Azərbaycanın pərakəndə ticarət şəbəkəsində satdığı avtomobil yanacağından əldə etdiyi gəlirin məbləği məlum olub.

İqtisadiyyat.az Banker.az-a istinadən xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinə (DSK) istinadən xəbər verir.

Hesabat dövründə ölkənin pərakəndə ticarət şəbəkəsində satılan avtomobil benzini və dizel yanacağından 2 milyard 040.8 milyon manat gəlir əldə olunub. 2019-cu ildə isə avtomobil yanacağından 2 milyard 310.5 milyon manat gəlir əldə edilmişdir ki, bu da illik müqayisədə 12% azdır.

Onu da qeyd edək ki, cari ilin yanvar-noyabr ayında isə pərakəndə ticarət şəbəkəsində satılan avtomobil yanacağından 1 milyard  869.1 milyon manat gəlir əldə olunmuşdur.