Noyabr ayında Azərbaycandan Gürcüstana 1,78 mln. dollar həcmində pul köçürülüb.

Bu barədə Gürcüstan Milli Bankından bildirilib.

Azərbaycandan qonşu ölkəyə daxil olan pul köçürmələrinin ümumi köçürmələrdəki payı 1,18%-ə bərabər olub.

Ötən illə müqayisədə Azərbaycandan Gürcüstana daxil olan pul vəsaitlərinin həcmi 9,41% azalıb.

Ötən ay Gürcüstana xarici ölkələrdən, ümumilikdə, 151 mln. dollar pul daxil olub ki, bu da ötən ilin analoji göstəricisindən 13,3% çoxdur. Gürcüstandan xarici ölkərə köçürülən pul vəsaitlərinin həcmi isə illik müqayisədə 11,1% artaraq 21,9 milyon dollar təşkil edib.