Nəqliyyat sektorunda fəaliyyət göstərən müəssisələr və fiziki şəxslər tərəfindən bu ilin yanvar-iyun aylarında 109,2 milyon ton yük və 894,4 milyon sərnişin daşınıb.

İqtisadiyyat.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə yük daşınması 6,4%, sərnişin daşınması isə 17,3% artıb.

Yüklərin 55,7%-i avtomobil, 31,7%-i boru kəməri, 8,4%-i dəmir yolu, 4,1%-i dəniz, 0,1%-i isə hava nəqliyyatı ilə daşınıb. Sərnişinlərin 87,3%-i avtomobil, 12,2%-i metro, qalan hissəsi isə digər nəqliyyat növləri ilə daşınıbdır.