Bu gündən ölkənin bütün ümumtəhsil, orta ixtisas və ali təhsil müəssisələrində yeni dərs ili başlayır.

İqtisadiyyat.az xəbər verir ki, Prezident İlham Əliyevin 2004-cü il 21 avqust tarixli Fərmanına uyğun olaraq, ölkədə yeni dərs ili sentyabrın 15-də başlayır və bu tarix Bilik Günü kimi qeyd olunur.

Yeni tədris ilində ümumilikdə 1 milyon 612 min 294 şagird təhsil alacaq. Eyni zamanda 135 000 uşaq birinci sinifə gedəcək, 80 273 uşaq isə məktəbəhazırlıq qruplarında tədrisə cəlb olunacaq. 2023-2024-cü tədris ilində 114 484 uşaq məktəbəqədər təhsilə (uşaq bağçası) cəlb ediləcək.

Yeni tədris ilində ümumi təhsil müəssisələrində ilk dərs “Heydər Əliyev Azərbaycanın xilaskarı və qurucusudur” mövzusuna həsr olunub. 

İqtisadiyyat.az olaraq yeni tədris ilindən fotoları təqdim edirik:

Gülşən Şərif