Bu ilin aprel ayına olan məlumata görə Azərbaycanda  8 milyon 563,7 min baş qoyun və keçi olub.
İqtisadiyyat.az açıqlanan rəsmi statistikaya istinadən bildirir ki, qoyun və keçilərin sayı son 5 ildə 3,3% və ya 289,1 min baş azalıb. Belə ki, 2014-cü ilin aprel ayında ölkədə 8 milyon 852,8 min baş qoyun və keçi olub.
Son 5 ilin aprel aylarında qeydə alınan qoyun və keçilərin sayı aşağıdakı kimi olub:
2014-ci il aprel ayında - 8 milyon 852,8 min baş
2015-ci il aprel ayında - 8 milyon 784,4 min baş
2016-cı il aprel ayında - 8 milyon 828 min baş
2017-ci il aprel ayında - 8 milyon 785,5 min baş
2018-ci il aprel ayında - 8 milyon 659,2 min baş
2019-cu il aprel ayında - 8 milyon 563,7 min baş