Bu ilin sentyabrın 1-nə Azərbaycanda geniş pul kütləsinin həcmi 25 482,7 mln. manat təşkil edib ki, bu da əvvəlki aya nisbətən 159,6 mln. manat və ya 0,6% azdır.

Azərbaycan Mərkəzi Bankından (AMB) verilən məlumata görə, ilin əvvəlindən bu göstərici 1 422,3 mln. manat və ya 6%, ötən ilin analoji dövrü ilə müqayisədə isə 3 051,1 mln. manat və ya 13,6% artıb.

Cari ilin sentyabrın əvvəlinə ölkədə manatla geniş pul kütləsinin həcmi 15 948,6 mln. manat təşkil edib ki, bu göstərici son bir ayda 233,6 mln. manat və ya 1,4% azalıb, ilin əvvəlindən 1 305,0 mln. manat və ya 9%, son bir ildə isə 3 073,2 mln. manat və ya 23,9% artıb.

Qeyd edək ki, pul kütləsi ölkədə dövriyyədə olan nağd və qeyri-nağd ödəniş vasitələrinin məcmusudur.