Şahbuz şəhərində ölüm hadisəsi baş verib.

İqtisadiyyat.az xəbər verir ki, hadisə bu gün səhər saatlarında qeydə alınıb. 1961-ci il təvəllüdlü Şahbuz şəhər sakini Seyidov Rüfət Mirhüseyn oğlu yaşadığı evdə özünə xəsarətlər yetirib və ölüb. Hadisənin hansı səbəbdən baş verdiyi məlum deyil. İlkin məlumatlara görə, R.Seyidovun psixi problemləri olub.