2020-ci ilin sonuna olan göstəriciyə əsasən, Azərbaycanda manatla pul bazasının həcmi 13 milyard 564,2 milyon manat təşkil edib.
Bu barədə Mərkəzi Bankın 2020-ci ilin sonuna olan rəsmi hesabatında məlumat verilib.
Belə ki, pul bazasının həcmi 2019-cu ilin 30 dekabr tarixinə olan hesabatı ilə müqayisədə, 1 milyard 411,7 milyon manat və ya 11,6 faiz artıb.
2019-cu ilin sonuna Azərbaycanda pul bazasının həcmi 12 milyard 152,5 milyon manat təşkil edib.