Azərbaycanda ən rentabelli kənd təsərrüfatı məhsulu tütün hesab olunur.
Açıqlanan sonuncu rəsmi statistikaya istinadən bildirilir ki, 100 kiloqram tütünün maya dəyəri təxminən 70 manat olduğu halda, satışı təxminən 200 manata bərabərdir.  
Digər kənd təsərrüfatı məhsullarının maya dəyəri və satış qiymətləri belə olub:

Məhsulun adı

Maya dəyəri

(100 kiloqram)

Satış qiyməti

(100 kiloqram)

Pambıq 51 azn 51 azn
Yaşıl çay 91 azn 84 azn
Tütün 70 azn 200 azn
Kartof 17 azn 65 azn
Tərəvəz (açıq torpaqda) 9 azn 16 azn
Bostan məhsulları 23 azn 30 azn
Meyvə və giləmeyvə 26 azn 86 azn
Üzüm 27 azn 74 azn
Süd 48 azn 60 azn
Yumurta (1000 ədəd) 111 azn 140 azn