Azərbaycanda bu ilin yanvar-iyun aylarında toxuculuq sənayesi, geyim, dəri və dəridən məmulatların, ayaqqabıların istehsalı sahələrində 236,2 milyon manat dəyərində məhsul istehsal edilib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Məlumata görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə dəri və dəridən məmulatların, ayaqqabıların istehsalında 16,5%, toxuculuq sənayesində 48,7% artım, geyim istehsalında 32,9% azalma müşahidə olunub.

 

Gözəl Həşimova