Azərbaycanda bu ilin yanvar-noyabr aylarında quş əti də daxil olmaqla diri çəkidə 538,2 min ton ət, 2062,2 min ton süd, 2001,2 milyon ədəd yumurta, 15,1 min ton yun, 357 ton barama istehsal istehsal edilib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

2022-ci ilin yanvar-noyabr ayları ilə müqayisədə ət istehsalı 3,1 %, süd istehsalı 1,3 %, yumurta istehsalı 9,9 %, barama istehsalı 4,6 % artıb, yun istehsalı isə 3 % azalıb.

 

Gözəl Həşimova