Azərbaycanda indiyədək ümumilikdə 29 312 nəfər koronavirus infeksiyasına yoluxub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, onlardan 21 547 nəfər müalicə olunaraq sağalıb, 400 nəfər vəfat edib, 7 365 nəfərin müalicəsi xüsusi rejimli xəstəxanalarda davam etdirilir.