Azərbaycanda nikah və boşanma hallarının sayı açıqlanıb.

Bu barədə İqtisadiyyat.az-a Dövlət Statistika Komitəsindən məlumat verilib.

Bildirilbi ki, Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən cari ilin oktyabrın 1-dək 39134 nikah və 16226 boşanma halları qeydə alınlb.

Ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı azalaraq 6,0-dan 5,1-ə düşüb, boşanmaların sayı isə 1,6-dan 2,1-ə qədər artıb.