2023-cü ilin yanvar-noyabr ayları üzrə kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 11571,3 milyon manat təşkil edib ki, bunun da 5728,8 milyon manatı heyvandarlıq, 5842,5 milyon manatı isə bitkiçilik məhsullarının payına düşüb.

İqtisadiyyat.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə kənd təsərrüfatının istehsalı 3,1 faiz, o cümlədən heyvandarlıq məhsulları üzrə 3,3 faiz, bitkiçilik məhsulları üzrə isə 2,8 faiz artıb.