Bu ilin yanvar ayında Azərbaycanda 491,2 milyon manat dəyərində kənd təsərrüfatı məhsulu istehsal edilib.

İqtisadiyyat.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin göstəricisi ilə müqayisədə 1,2 % çoxdur.

Son1 ildə bitkiçilik məhsullarının dəyəri 0,8 % artaraq 22,7 milyon manat, heyvandarlıq məhsullarının dəyəri isə 1,2 % artaraq 468,5 milyon manat olub.

Ötən ay ölkədə quş əti də daxil olmaqla diri çəkidə 46,3 min ton ət, 160,7 min ton süd, 188,3 milyon ədəd yumurta istehsal edilib, 1 il əvvələ nisbətən ət istehsalı 1,5 %, yumurta istehsalı 3,4 % artıb, süd istehsalı isə eyni səviyyədə olub.