Martın 20-də Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına qarşı 12 283 nəfər vaksinasiya olunub.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

Bildirilib ki, hazırkı dövrədək ölkədə koronavirus infeksiyasına qarşı 482 664 nəfər peyvəndlənmə prosesində iştirak edib. Vaksinasiya bütün rayonlarda uğurla davam etdirilir.