Bu ilin yanvar-oktyabr aylarının yekununa görə, Azərbaycandakı 22 sığorta şirkətindən 13-nün ödənişləri illik müqayisədə artıb, 8-nin ödənişləri azalıb, 1 şirkət ("Xalq Həyat Sığorta" ASC) isə ötən ilin eyni dövründə bazarda olmadığı üçün onun ödənişlərində dinamika qeydə alınmayıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatasının açıqladığı statistik hesabatda bildirilir. Hesabata əsasən, ödənişləri ən çox artan şirkət "İpək Yolu Sığorta" ASC-dir. Bu şirkət yanvar-avqustda 5,995 milyon manat ödəniş edib ki, bu da 1 il əvvələ nisbətən 6,2 dəfə çoxdur. Ödənişləri ən az artan şirkət isə “A-Qrup Sığorta" ASC-dır. Bu şirkətin ödənişləri ötən 10 ayda 6,662 milyon manat təşkil edib ki, bu da illik müqayisədə 3,3% çoxdur. Ödənişləri azalan şirkətlər arasında ən pis vəziyyət "Atəşgah Sığorta" ASC-dədir. Bu şirkət 10 ay ərzində 16,383 milyon manat ödəniş edib ki, bu da 1 il əvvələ nisbətən 2,7% azdır. Ödənişlərdə azalma baxımından ən yaxşı vəziyyət isə "Naxçıvan Sığorta" ASC-dədir. Bu şirkətin ödənişləri 52,5% azalaraq 2 min manata düşüb.