“Silk Way Business Aviation” aviaşirkətinə məxsus təyyarə “Şeremetyevo” hava limanında qarlı zolağa enərkən zolaqdan kənara çıxıb.

Aviaşirkətdən bildirilib ki, təyyarənin göyərtəsində üç nəfər olub və onların heç biri xəsarət almayıb.

İlkin qiymətləndirməyə görə, təyyarəyə ziyan dəyməyib.