Azərbaycan XİN Əfqanıstanda zəlzələ zamanı ölənlərin ailələrinə başsağlığı verib.

İqtisadiyyat.az xəbər verir ki, başsağlığında deyilir:

"Əfqanıstanın Herat şəhərində yüzlərlə insanın həyatına son qoyan dağıdıcı zəlzələ xəbəri dərindən kədərləndi. Bu faciədə həlak olanların ailələrinə başsağlığı veririk. Fikirlərimiz və dualarımız Əfqanıstan xalqının yanındadır".