Azərbaycan Xarici İşlər Nazirliyi Türkiyə Respublikasının qurucusu Mustafa Kamal Atatürkün anım günü ilə əlaqədar paylaşım edib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə nazirliyin "X" hesabında paylaşım edilib:

"Türk xalqının böyük öndəri, qardaş Türkiyə Cümhuriyyətinin qurucusu, sevincimizi sevinci, kədərimizi kədəri bilən Qazi Mustafa Kamal Atatürkün hər zaman qəlbimizdə yaşayan əziz xatirəsini tarixi şəxsiyyətin anım günündə dərin hörmət və minnətdarlıqla anırıq", - paylaşımda qeyd edilib.