Azərbaycan Xarici İşlər Nazirliyi Argentina ilə diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü ilə bağlı paylaşım edib.

İqtisadiyyat.az xəbər verir ki, Azərbaycan XİN sosial şəbəkə hesabında qeyd edib:

“Azərbaycan ilə Argentina arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü münasibətilə Argentina xalqını və hökumətini ürəkdən təbrik edirik! Biz ikitərəfli əlaqələrimizin daha da möhkəmlənməsinə ümid edirik!”