Azərbaycan və Asiya-Sakit Okean Kosmik Əməkdaşlıq Təşkilatı (APSCO) arasında elm, tədqiqat və təlimlər istiqamətində əməkdaşlığın genişləndirilməsi müzakirə olunub.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev "X"də paylaşım edib.

"Azərbaycan kosmik sahədə tədqiqatlar və təlimlər həyata keçirmək istəyir. 74-cü Beynəlxalq Astronavtika Konqresində iştirak məqsədilə ölkəmizdə səfərdə olan APSCO-nun baş katibi xanım Yu Qi ilə görüşdük. Azərbaycan və APSCO arasında əməkdaşlığın genişləndirilməsini müzakirə etdik”, - deyə paylaşımda qeyd edilib.