Azərbaycan Birləşmiş Millətlər Təşkilatının Elm, Təhsil və Mədəniyyət Təşkilatının (UNESCO) İnsan və Biosfer Proqramının (İBP) Beynəlxalq Əlaqələndirmə Şurasının üzv dövlətlərinə müraciət edərək Bakının namizədliyini dəstəklədiklərinə görə təşəkkürünü bildirib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Azərbaycanın UNESCO-dakı Daimi Nümayəndəliyi "X"də paylaşım edib.

“Azərbaycan UNESCO-nun İnsan və Biosfer Proqramının Beynəlxalq Əlaqələndirmə Şurasına namizədliyinə göstərdikləri dəyərli dəstəyə görə üzv dövlətlərə dərin minnətdarlığını bildirmək şərəfinə layiqdir. Çox sağ olun!”, - paylaşımda qeyd olunub.

Xatırladaq ki, Azərbaycan UNESCO-nun İBP-nin Beynəlxalq Əlaqələndirmə Şurasına 2023-2027-ci illər üçün üzv seçilib.