Azərbaycan Mərkəzi Bankı sabah faiz dəhlizinin parametrlərini açıqlayacaq.

Bu barədə İqtisadiyyat.az-a Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Məlumata görə, Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin faiz dəhlizinin parametrlərinə dair növbəti qərarı ilə əlaqədar press-reliz 20 sentyabr 2023-cü il tarixində saat 11:00-da yayımlanacaq.

AMB sonuncu dəfə bu il mayın 4-də uçot faiz dərəcəsini 8.75%-dən 9%-ə kimi artırıb. AMB-nin sonrakı qərarlarında uçot faiz dərəcəsi sabit qalıb. Hazırda faiz dəhlizinin yuxarı həddi 10%, aşağı həddi isə 7.5% təşkil edir.