Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Mərakeşin Nümayəndələr Palatasının sədri Raşid Talbi Əl Alami ilə görüşüb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi "X"də məlumat yayıb.

Bildirilib ki, görüşdə parlamentlərarası əlaqələrin intensivləşdirilməsinin vacibliyi və onların perspektivləri müzakirə olunub.