Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan əhalisinin nominal gəlirləri əvvəlki ilin eyni dövrünə nisbətən 6,7% artaraq 42 202,7 mln. manat təşkil edib.

İqtisadiyyat.Az-ın Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, hesabat dövründə əhalinin hər nəfərinə orta hesabla 4 266,2 manatlıq gəlir düşüb.

Bütün icbari və könüllü ödənişlər edildikdən sonra əhalinin sərəncamında 38 720,1 mln. manatlıq və ya əvvəlki ilin eyni dövrünə nisbətən 6,6% çox vəsait qalıb.