Alimlər astronavtların Ayda uzun müddət qalmasına imkan verəcək enerji mənbəyi hazırlayıblar.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə NASA məlumat yayıb.

Məlumata görə, 2030-cu ildə Ayda bazanın qurulması hədəflənir. Uelsin Banqor Universitetinin alimləri Ayda yaşamaq üçün xaşxaş toxumu qədər kiçik nüvə hüceyrələri inkişaf etdiriblər.

Məlumata görə, Marsa səyahətdə dayanacaq kimi də istifadə edilə bilən Ay, müasir texnologiyalar üçün lazım olan bir çox qaynağa malikdir. Bu resurslardan istifadə başqa planetlərə səyahəti asanlaşdıra bilər.

Əlavə edək ki, Ayda atmosfer olmadığı üçün havanın temperaturu -248 dərəcəyə enir.

 

Gözəl Həşimova