“Ölkədə sığortaçı ilə sığortalını onların arasında yaranan mübahisələri azaltmaq və haqlı iddiaları sivil yolla həll etmək üçün məhkəməyə qədərki mexanizmlər yoxdur”.

İqtisadiyyat.az xəbər verir ki, bu sözləri “Sığorta mübahisələrinin uğurlu həlli yolları”  elmi-praktik konfransında avto-icbari sığorta ilə bağlı vəziyyətə toxunan Sosial Tədqiqatlar Mərkəzi İdarə HeyətiBAnin sədri, deputat Zahid Oruc deyib.

O bildirib ki, sığorta tariflərinin yüksək olması və rəqabətə davamlılığın aşağı olması keyfiyyət mənfi təsir göstərir, vətəndaş şikayətlərini artırır:

“Son bir ildə avto-icbari sığorta üzrə Mərkəzi Banka 1872 sayda şikayət daxil olub. Onların 1261 ədədi qanunvericiliyə uyğun olaraq tam və ya qismən təmin edilib, 536 ədədi üzrə isə qanunvericiliyin tələbləri vətəndaşlara izah edilib. Bu dövrdə sığorta sahəsi üzrə daxil olmuş şikayətlər əsasında Mərkəzi Bank tərəfindən maliyyə xidmətləri istehlakçılarının pozulmuş hüquqlarının təmin edilməsi məqsədilə sığortaçılara 107 sayda icrası məcburi göstərişlər verilib, sığortalılara 724 min manat sığorta ödənişinin həyata keçirilməsi təmin edilib”.

Gülşən Şərif