Avstraliyada son 27 ilin ən isti qışı yaşanıb. 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə ölkənin Meteorologiya Bürosu məlumat yayıb.

Büro, həmçinin ölkənin bir çox bölgələrində yazda gözləniləndən daha az yağış yağacağını və havanın daha isti olacağını proqnozlaşdırıb.

Avstraliya Meteorologiya Bürosunun verdiyi açıqlamaya görə, ölkə üzrə orta qış temperaturu 1961-ci ildən 1990-cı ilə qədər orta temperaturdan 1,54 dərəcə yüksək olub.

Avstraliyada bu ilki qış mövsümü 1996-cı ildən bəri ən isti qış kimi qeydə alınıb.