Alimlər 1997-ci ildə Avstraliyada Mixail Mihaildis adlı fermerin tapdığı fosilin amfibiya sürünəninə aid olduğunu müəyyən ediblər.

İqtisadiyyat.az xəbər verir ki, 1997-ci ildə tapılan və muzeyə təhvil verilən fosilin kərtənkələyə bənzər sürünənlərə aid olduğu ortaya çıxıb.

Belə ki, alimlər fosilin 240 milyon il əvvəl Avstraliyada yaşamış amfibiya heyvanına aid olduğunu qeyd ediblər.

"Arenaepeton supinatus" adlanan sürünənlərin uzunluğunun 1,5 metr olduğu təxmin edilir.

Fosilin diaqnozunu qoyan paleontoloq Lachlan Hart fosili ilk dəfə 12 yaşında muzeyə gedərkən gördüyünü bildirib.

Hart fosilin bütün skeletinin bütöv şəkildə qalmasının çox nadir hal olduğunu da qeyd edib.