Avrozonada 2019-cu ilin axırıncı rübündə ÜDM-ın artım templəri III rübə il müqayisədə 0,1% artıb və bu rüblük artım üzrə son 7 ilin ən aşağı göstəricidir.

İqtisadiyyat.az xəbər verir ki, 2018-ci ilin eyni dövrü ilə müqayisədə ötən ilin sonuncu rübündə ÜDM 1% artıb.

Qeydə alınan aşağı tempin əsas səbəbi kimi, Fransa və İtaliyadakı proqnozların əksinə baş vermiş tənəzzüllər göstərilir. Sözügedən ölkələrdə 2019-cu ilin axırıncı rübündə  iqtisadi artım tempi III rüb ilə müqayisədə müvafiq olaraq 0,1% və 0,3% azalıb.

Qeyd edək ki, Fransa və İtaliya müvafiq olaraq 2016-cı və 2013-cü illərdən bu yana ilk dəfədir ki, mənfi iqtisadi artım tempi göstəricisi ilə üzləşir.apa