Avropa İttifaqı ölkələrində gənclər 26 yaşından etibarən ailələrini tərk edərək öz evlərini qururlar.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Avropa Statistika İdarəsi məlumat yayıb.

Avropada kişilər orta hesabla 27, qadınlar isə 25 yaşından ailələrindən ayrı yaşamağa başlayırlar. Beləliklə, kişilər ailələri ilə daha çox yaşayırlar.

Finlandiya Avropa İttifaqı ölkələri arasında gənclərin ən erkən yaşda evlərini tərk etdiyi ölkədir. Belə ki, bu ölkədə gənclər orta hesabla 21 yaşından ayrı yaşayırlar.

 

Gözəl Həşimova