Avropada qazın orta qiyməti bu ilin sonunda 1000 min kubmetr üçün təxminən 464 dollar təşkil edib.

İqtisadiyyat.az xəbər verir ki bu barədə "London ICE" fyuçers birjasının məlumatlarında deyilir.

Məlumata görə, Avropada qazın qiyməti 3 dəfə ucuzlaşıb. Buna səbəb havaların isti keçməsi, yüksək qaz saxlama qabiliyyəti və Avropa İttifaqında qaza tələbatın azalması olub.

Ümumilikdə, bu il Avropada qazın qiyməti 67% azalıb.

 

Gözəl Həşimova