Avropa İttifaqı (Aİ) ölkələrində qalıq yanacaqların istifadəsi nəticəsində yaranan karbon emissiyalar bu ilin birinci rübündə 2,9% azalaraq 941 milyon tona enib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Avropa Statistika İdarəsi məlumat açıqlayıb.

Sözügedən dövrdə karbon emissiyaları 21 Avropa İttifaqı ölkəsində azalıb. Karbon emissiyalarının ən çox azaldığı ölkələr isə 15,2% ilə Bolqarıstan, 14,7% ilə Estoniya və 9,6% ilə Sloveniya olub.

 

Gözəl Həşimova