Avropa Parlamentinin (AP) üzvləri Avropa İttifaqı "Aİ) ilə Moldova arasında birliyə qoşulmaq üzrə danışıqların başlanması ilə bağlı qətnamə qəbul ediblər. 

İqtisadiyyat.az dünya mətbuatına istinadən xəbər verir ki, səsvermə AP-nin Strasburqda keçirilən plenar iclası çərçivəsində baş tutub.

“Avropa Parlamenti bir daha Avropa Komissiyasını və Avropa Şurasını Moldovanın 2023-cü ilin sonuna qədər Aİ-yə daxil olması ilə bağlı danışıqlara başlamağa çağırır”, – qətnamənin mətnində deyilir.

Avropa Parlamentinin üzvlərinin fikrincə, respublika hökuməti üzvlüklə bağlı danışıqlara başlamaq üçün Avropa Komissiyasının tələblərini yerinə yetirmək əzmini və bacarığını nümayiş etdirib. Onlar Moldovanın Aİ-yə daxil olmasını Avropanın güclənməsinə “geostrateji investisiya” adlandırıblar.